Öyrənməyi öyrənmək cavabları hazır əldə etməkdən üstündür
Proqramlaşdırma dünyası daimi təkamül içərisindədir.
Mentorlar, həmkarlar və özü öyrənənlər olaraq başa düşməliyik ki, proqramçılar onlara cavablar verilərkən heç nə öyrənmirlər.
Onlar yalnız özləri cəhd edib yanılaraq, eksperimentlər aparararaq, hansısa problemi özləri həll edərək öyrənirlər.
Bu bacarıqlar onlara karyeralarında irəliyə getdikdən sonra da yardımçı olacaq bacarıqlardır.
Onlara cavablar verməkdənsə, cavabları tapa biləcəyi yerləri və alətləri göstərmək daha yaxşıdır.
Başqalarının hansısa nəticəyə çatmasını özlərinə buraxmaq lazımdır.
Biz sadəcə onlara doğru yolu göstərərək bələdçilik etməliyik, əllərindən tutub aparmalı deyilik.
Öyrənmə prosesini mənimsəmək
Proqramlaşdırmada öyrənmənin bütün ssenarilərdə işləyəcək konkret bir yolu yoxdur.
Dinamik və dayanmadan inkişaf edən bu aləmdə maraq və araşdırma həmişə öyrənməkdə qalmağın açarıdır.
Kömək etdiyin şəxs səndən cavabı dərhal əldə edərək istədiyinə çatdığını düşünə bilər, lakin sən onun mühim bir bacarığını - problem həlletmə bacarığını inkişaf etdirməyindən məhrum etmiş olursan.
Cavabları onlara birbaşa verməkdənsə, onların özlərinin bu cavaba necə çata biləcəyi yolları göstərmək daha faydalıdır.
Özünü kəşfetmənin verdiyi güc
Proqramlaşdırmada son dəfə rastlaşdığın çətinliyi yadına sal.
Necə davranmışdın?
Böyük ehtimalla dəfələrlə cəhd edib yanılmışdın.
Kodla oynayaraq, orasını-burasını düzəldərək, fərqli yanaşmalardan istifadə edərək, yutubda videodan və ya stackoverflow.com saytında hansısa cavablardan yola çıxmışdın və sonda tapdığın cavabdan əlavə öz biliklərinlə cavabı özünə uyğunlaşdırmışdın.
Bu proqramçını inkişaf etdirəcək ən doğru yoldur.
Proqramçı yoldaşların da qeyri-müəyyənlik içində olduqda onlara bunun özünü inkişaf etdirmək üçün böyük fürsət olduğunu və bu fürsətdən necə faydalana biləcəklərini izah edə bilərsən.
Bələdçilik etmək, əllərindən tutaraq aparmaq yox
Birbaşa cavabı demək əvəzinə təkliflər verə, yön göstərə bilərsən.
Onların istədikləri nəticəyə özlərinin çatmaqları onlarda özünəinamı artıracaq və axtardığı problemin həll yolunu dərindən başa düşməsinə gətirib çıxaracaq.
Bu nəinki onların öyrənmə sürətini artıracaq, həm də onların tənqidi düşüncələrini inkişaf etdirərək daha da müstəqil şəxs olmalarına töhfə verəcək.
Öyrənməyi dəstəkləyəcək mühit yaratmaq
Açıq müzakirələr, bir yerdə kodları nəzərdən keçirmək, bir neçə proqramçı birlikdə problemi həlletmə toplantıları öyrənmə mühitini formalaşdırır.
Sual vermək və kiminsə mentorluğundan istifadə etmək nəinki qəbuledilən olmalıdır, daha da stumullaşdırılmalıdır.
Proqramçılar hiss etməlidir ki, araşdırmaq, təcrübələr aparmaq onlar üçün təhlükəsizdir.
Belə olduqda onlar təyyarə sürətilə inkişaf edirlər.
Xülasə
Proqramçı həyatı əbədi inkişafda olmaq deməkdir.
Bu inkişaf da praktiki olaraq təcrübə aparmaq, cəhd edib yanılaraq problem həlletmə bacarıqlarını artırmaqdan ibarətdir.
Mentor, həmkar, yoldaş, qardaş, bacı olaraq olaraq edə biləcəyimiz bu yolda digərlərinə və özümüzə nəticəyə öyrənən şəxsin özünün çatmasına yardım etmək olmalıdır, hazır cavabları verməklə yox.
Ötən buraxılışımızda proqramlaşdırmaya necə başlamaq və uzaqdan(remote) işlə bağlı Azərbaycan dilində yüksək keyfiyyətli audiosu olan video paylaşmışdım.
İzləməmisənsə buradan izləyə bilərsən.
Bu cür məzmunlar maraqlı gəlirsə, həmin yutub kanalına abunə ola bilərsən.
Gələn həftə görüşərik.
Özünə yaxşı bax!
Xoşuna gəldisə, dostlarınla paylaşaraq onların da oxumasına vasitəçi ola bilərsən.
🙂