Tural Əsgər

Share this post

1 sətir kod yazmadan 1 milyon $ dövriyyəsi olan vebsayt yarada bilərsən?

turalasgaraz.substack.com

Discover more from Tural Əsgər

Həftə sonu emaildə görüşərik. 🤝
Over 6,000 subscribers
Continue reading
Sign in

1 sətir kod yazmadan 1 milyon $ dövriyyəsi olan vebsayt yarada bilərsən?

Proqramçılar öz çörək ağacını baltalayır

Tural Asgar
Aug 20, 2023
4
Share this post

1 sətir kod yazmadan 1 milyon $ dövriyyəsi olan vebsayt yarada bilərsən?

turalasgaraz.substack.com
Share

"No-code" heç bir proqramlaşdırma biliyi olmadan hər hansı saytı, tətbiqi yaratmağa deyilir.
Bu, biznesi yaxşı başa düşən və dərindən anlayan əməkdaşa biznes tələblərinə uyğun vebsaytı hansısa proqramçıya ağız açmadan yaratmağa və ya redaktə etməyə imkan verir.
Həmin əməkdaş yalnız vizual alətlərdən istifadə edərək saytı yaradır.

Alətin adı kodsuz olsa da, əslində səhnə arxasında bütün işləri yenə kodlar görür.
Sadəcə istifadəçinin bundan xəbəri olmur.
O sadəcə müəyyən blokları sürüşdürüb lazım olan yerlərə buraxır və özünə lazım olan dəyişiklikləri edir.

Üstünlükləri:

  • Qısa müddətdə əməkdaşa öyrədilə bilir, bəzən isə heç təlimə ehtiyac duyulmur.

  • İstifadəsi o qədər asan olur ki, istifadəçi dərhal nəyi necə istifadə edəcəyini özü başa düşür.

  • Az xərc aparır. Proqramçı və İT işçilərinə xeyli pul xərcləmədən tətbiq ərsəyə gəlir.

  • Əvvəlcədən müəyyən olunmuş hazır modullardan istifadə etdiklərinə görə qeyri-rəsmi, şirkətə informasiya təhlükəsizliyi yarada biləcək alətləri endirməyə ehtiyac qalmır ki, bu da İT departamentinin işini yüngülləşdirir.

Çatışmazlıqları:

  • Digər tətbiqlərlə inteqrasiya çətin və çox vaxt mümkünsüz olur, çünki bunu etmək üçün mütləq proqramlaşdırma biliyinə ehtiyac duyulur.

  • Məhdud funksionallıqlara sahib olur.

  • Mürəkkəb funskionallıqları dəstəkləmir. Buna görə də bəzi "no-code" alətləri vizual alətlərlə yanaşı, həm də proqramlaşdırma ilə bəzi funskionallıqları əlavə etməyə imkan verir.

Bu alətlə hansı proqramlar yaradıla bilər?

  • Onlayn alış-veriş saytları və restoran rezervasiyaları

  • Qaimə generatoru və faydalı iş əmsalına nəzarət proqramı

  • Əlaqə forması

  • Sorğu anketləri

  • Bəzi biznes proseslərinin avtomatlaşdırılması və s.

Zamanla bu alətlərin görəcəyi işlər süni intellektin sayəsində daha da irəliyə gedir.

Bəzən proqramçılar tərəfindən 0-dan yazılan proqramla, "no-code" ilə yazılan proqramı ayırd etmək mümkün belə olmur.

Beləliklə biz proqramçıların baxış bucağından “sapı kodumuzdan olan baltalar” ifadəsi tam yerinə düşür.

Gələn həftə görüşərik.
Özünə yaxşı bax!

Yazı xoşuna gəldisə, dostlarınla paylaşa bilərsən.

Share

Bu cür yazıları oxumaq istəyirsənsə, həftəlik bülletenimə abunə ola bilərsən.
Səni yormayacağıma söz verirəm, həftədə cəmi 1 email göndərəcəyəm.

4
Share this post

1 sətir kod yazmadan 1 milyon $ dövriyyəsi olan vebsayt yarada bilərsən?

turalasgaraz.substack.com
Share
Previous
Next
Comments
Top
New
Community

No posts

Ready for more?

© 2023 Tural Əsgər
Privacy ∙ Terms ∙ Collection notice
Start WritingGet the app
Substack is the home for great writing