"Software development"in fəlsəfəsi
Bul məntiqi burada da keçərlidirmi? Yəni hər şey ya doğru, ya da yanlışdır?
“Software development” məntiqin diqtə etdiyi sahələrdən biri sayılır.
Qərarların hamısı bizim ardıcıllıqla izlədiyimiz və başa düşdüyümüz qaydalara əsaslanır.
Bütün problemlər mühəndislər tərəfindən həll edilə bilir.
Bütün seçimlər ya doğrudur, ya da yanlışdır.
“Software development”də cüzi vaxt keçirən istənilən şəxs yuxarıda sadaladıqlarımın həqiqi olmadığını bilir.
Daim dəyişiklik içində olan mühitdə həll edilməsi texniki bilikdən də artığını tələb edən qərarlar verməyə məcbur oluruq.
Eyni yanaşma situasiyadan asılı olaraq həm doğru, həm də yanlış ola bilər.
Ən çox eşitdiyimiz cavab “baxır harada”dır.
Hansı texnologiyanın daha yetkin olması, fərqli kod stilləri, neçə boşluq abzas buraxılması və s. kimi mövzularla bağlı sonsuza qədər mübahisə edə bilirik.
Biz hələ də oturuşmuş təcrübələrin proqramlaşdırmanın hazırkı vəziyyətində maksimal dəyər qatıb-qatmadığını sorğulayırıq.
Daim niyə sualını veririk.
Niyə sualı həqiqətə çatmağın yeganə yoludur bəlkə də.
Bir məsələ var. Həqiqət nə deməkdir?
Bir şey həmişə tamamilə doğru ola bilər?
Ola bilər ki, həqiqət kimi qəbul etdiyimiz anlayış əlimizdə olan problemin həlli üçün ağlabatandır, amma başqa mühitdə tamamilə yanlışdır.
Davamlı olaraq suallar verməklə və fərqli fikirləri müzakirə etməklə fəlsəfi debata giririk.
Məqsədimiz kökdə duran səbəbi tapmaq olur.
Əlbəttə bəzən də qarşı tərəfi bizim inandığımıza inandırmağa çalışırıq və bu cür müzakirələr həqiqi sayılmır.
Bəzən də “tab” yoxsa “space” kimi ümumi proqramlaşdırma mövzularını fəlsəfələşdiririk.
Bunun kimi mövzularda özümüz üçün iki tərəfdən birini seçib öz reallığımızı formalaşdırmağımıza ehtiyac var.
İki yoldan yalnız birini mütləq seçməliyik.
Halbuki elə suallar var ki, o qədər də təsirliliyi olmur, ona görə də konkret cavab verilə bilər.
Həqiqiliyi yalnız bizim şirkətə və ya yalnız bizim komandaya təsir edəcək suallardan danışıram.
Tez-tez verilən suallardan biri “bunu niyə bu cür edirik”dir.
Mühəndislik problemini həll etməkdənsə, fikirlərə meydan oxuyuruq və hikmət axtarırıq.
Texniki suallara növbə çatdıqda onu həll etmək iki vur iki qədər sadə olur, lakin o nöqtəyə gəlib çatmaq müşgül olur.
Bəlkə cavabları özümüz tapmaq əvəzinə artıq əvvəlcədən oturuşmuş fikirlərlə hərəkət etməliyik?
Görəsən nə vaxt problem konkret olur və onun həlli ümumi bilik əsasında mümkün olur?
“Software development” nisbətən yeni sahədir və həqiqət saydıqlarımızın çoxunun hələ də sistem kimi formalaşmasına var.
Ancaq biz də bütün zamanımızı nəyin doğru, nəyin yanlış olduğuna sərf edə bilmərik.
Müəyyən qədər ağır qərarlar qəbul etmək bahasına da olsa yaxşı “software” məhsulu çıxarmaq üçün əlimizdən gələni etməliyik.
Bəs bunu etməzdən əvvəl nə qədər, hansı nöqtəyə qədər fikir alış-verişi etməliyik?
Bunun özü-özlüyündə çətin sualdır.
Bu yazıda cavablardan çox suallar var.
Güman edirəm ki, dərin müzakirənin başqa yolu da yoxdur.
Rekursiv olaraq yuxarıdan aşağıya doğru niyə sualını verə-verə gəlirik, o nöqtəyə qədər ki, dibə çatırıq və funksiya “return” edir.
Sizə maraqlı gəldisə, dostlarınıza da maraqlı gələ bilər.
Bülleteni onlarla paylaşsanız, məni sevindirmiş olarsınız.
Haqqımda öyrənmək və əlaqə saxlamaq üçün 👉 https://tural.pro