Mübahisənin qalib tərəfi olmur.
Hər iki tərəf itirir.
Deyl Karneqinin məşhur “Dostu necə qazanmalı və insanlara necə təsir etməli” kitabında tənqidin və mübahisənin nə qədər təsirsiz və ziyanlı olduğundan danışılır.
Mübahisədə qalib tərəf olmur.
Hər iki tərəf itirir.
Qalib sayılan qarşıdakı ilə münasibətləri və öz əsəblərini korlayır və özünə yeni düşmən qazanır.
Məğlub tərəf isə həm məğlub olur, həm də qisas hissi ilə yanıb-alışır.
Mübahisədə qalib olmağın yeganə yolu ondan yayınmaqdır.
Bilirəm, sual verirsən ki, bu mümkün deyil axı, bəzən istəmədən özünü mübahisənin ortasında tapırsan.
Doğrudur.
Amma bunu düzgün idarə edə bilmək özü bir bacarıqdır, sənətdir.
Rəşad Bayramovun Söhbətgah podkastında effektiv ünsiyyətlə bağlı çıxışını izləməyini tövsiyə edirəm.
Bu podkastda Rəşad “12 acıqlı adam” filmini izləməyi tövsiyə edir.
Filmi izlədikdən sonra həqiqətən insan psixologiyasının necə işlədiyi və mübahisənin, sərt danışmağın heç vaxt fayda verməyəcəyini başa düşürsən.
Mübahisə zamanı qarşı tərəfi anlamağa çalışmalıyıq.
Empatiya qurararaq onun niyə bu cür düşündüyünü və davrandığını anladıqdan sonra, onunla ortaq məxrəcə gəlmək daha asan olur.
Filmdə də qəhrəman məhz bunu edir.
Sabah yeni ilə qədəm qoyacağıq.
Bu il ərzində verdiyimiz tövhələrin xülasəsini bölüşmək istəyirəm.
Hazırda oxuduğunuz və oxucu sayımız 7000-i keçən bülletenimizə başladıq.
2 seminarda proqramlaşdırma ilə bağlı təcrübələrimi bu sahəyə yeni addım atanlarla bölüşdüm.
Azərbaycan və ingilis dillərində yutub kanalları yaratdıq.
Seminar çıxışlarının daha çox insana fayda verə bilməsi üçün başdan sona maksimum keyfiyyətdə audio və video ilə çəkib kanala yerləşdirdik.
Linkedin və digər platformalarda bu sahədə yeni addım atan və çətinliklə üzləşən onlarla developerlə şəxsən danışıb öz uğursuzluqlarım və necə bunların öhdəsindən gəlməyim barədə danışaraq onlara motivasiya verməyə çalışdım.
Bəzən insan uçurumla həyatın bir addımlığında olur.
İtələsən uçuruma düşəcək.
Dartsan xoş həyatına davam edəcək.
Bu cür insanların həyatında kiçik toxunuşla onları geriyə dartan şəxslərdən olmaq istəyirəm.
Dünən mənə gələn bu xoş mesajı sənlə bölüşərək sənin də hansı sahədə olmağından və qarşılaşdığı çətinlikdən asılı olmayaraq, üzərində işləyərək üstəsindən gələcəyinə inandırmaq istəyirəm.
Sənə yeni ildə gördüyün bütün işlərin uğurlu olmasını və qoyduğun hədəfə bir neçə addım yaxınlaşa bilməyi arzulayıram.
Abunəlikdən çıxmaq istəyirsənsə, aşağıdakı “unsubscribe” keçidinə toxuna bilərsən.
Yazılarımı oxuduğun üçün çox şadam.